Bakı Payızı 2000

Bakı Payızı 2000 – 10 illik fasilədən sonra Azərbaycan Gənclər İffifaqı, “Avropa Plus” radiosu, Azərbaycanın Gənclər və İdman nazirliyi təşəbbüsü və “Anadolu” təşkili dəstəyi ilə gənc estrada ifaçılar müsabiqəsi yenidən bərpa olunmuşdu.

15 sentyabır – 29 noyabır 2000-ci ildə davam edən müsabiqədə 28 (16-26 yaş arası) bəy və xanım iştirak etmişdi.

Bakı Payızı 2000 – Təşkilatı komitə

  • Mübariz Abdullayev – “Avropa Plus” radiostansiyanın baş direktoru
  • Ağacan Əhmədov -Azərbaycan Gənclər İttifaqının sədri
  • Əkrəm Abdullayev – Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdiri
  • Yalçın Cabbarov – Azərbaycan Gənclər İttifaqının şöbə müdiri
  • Elçin Turabov – “Avropa Plus” radiostansiyanın proqramlar üzrə direktor
  • İlham Əliyev – Azərbaycan Gənclər İttifaqının sektor müdiri
  • Acar Həciyev – jurnalis, Zerkalo qəzeti

Bakı Payızı 2000 – Münsiflər heyəti

  1. Vaqif Gərayzadə (bəstəkar)
  2. Eldar Mansurov (bəstəkar)
  3. Samir Bağırov (müğənni)
  4. Abbas Əhməd (müğənni)

Bakı Payızı 2000 – Mükafatçılar

  1. Aliyə Orucova – 1-ci yer
  2. Fuad Mirzəyev – 2-ci yer
  3. Suriyə Hüseynova – 3-cü yer
  4. Tamilla Rufullayeva
  5. İlhamə Qasımova
  6. Renat Alimov
  7. Rəşad Davudov
  8. Yana Şurda
  9. İnna Luxmanova
Estradamızın artistləri