Bakı Payızı 2003 – YUNİSEF təşkilatının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi müsabiqə “Yaradıcı gənclik sağlam həyat tərzi uğrunda” devizi altında keçirilmişdir. İki mərhələdə keçirilən müsabiqənin finalında 15 gənc ifaçı iştirak etmişdir. Müsabiqə iştirakçıları birinci mərhələdə Azərbaycan dilində, ikinci mərhələdə isə xarici dildə mahnı ifa etməli idilər.
Respublika sarayında final gecəsi təşkil olunmuşdu.
Bakı Payızı 2003 – Təşkilatı komitə
- Ağacan Əhmədov -Azərbaycan Gənclər İttifaqının sədri
- Əkrəm Abdullayev – Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdiri
- Yalçın Cabbarov – Azərbaycan Gənclər İttifaqının şöbə müdiri
- İlham Əliyev – Azərbaycan Gənclər İttifaqının sektor müdiri
Bakı Payızı 2003 – Münsiflər heyəti
- Vaqif Gərayzadə (bəstəkar)
- Aygün Kazımova (müğənni)
- Zülfiyyə Xanbabayeva (müğənni)
- Samir Bağırov (müğənni)
- Abbas Əhməd (müğənni)
Bakı Payızı 2003 – Mükafatçılar
-
- Xəyalə Manaflı – 1-ci yer
- Kamran İsmayılov – 1-ci yer
- Cəmilə Həşimova – 2-ci yer
- Məryam Şabanova
- Natalya Qonçarova
- Vaqif Şıxəliyev
- Əliyeva Afaq
- Zamanlı Aytən
- Məmmədov Elçin
- Mirzəyev Elxan
- Marqarita Əsədova
Estradamızın artistləri