Dilarə Kazımova — azərbaycanlı müğənni, aktrisa, Milk & Kisses qrupunun keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi.

Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb.

Öz müğənni fəaliyyətini 2006-ci ildə başlamışdı.

Dilarə Kazımova ilk dəfə 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olub. “Unformal” qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurub.

İkinci dəfə 2010-cu ildə Avroviziya seçim turlarına qatılıb. Bu dəfə Milk and Kisses qrupunun solisti kimi seçim turunda iştirak edib və yenə də qalib ola bilməyib. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən “Yeni Dalğa 2010” müsabiqəsinin laureatı olub.

Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün Avroviziya seçim turlarında iştirak edib. O, milli seçim turu olan Böyük Səhnə layihəsinin qalibi olub və Azərbaycanı Avroviziyada təmsil etmək hüququ qazanıb. Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında “Start a Fire” (azərb. Bir qığılcım‎) mahnısını ifa edib. Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən Səs (ukr. Голос країни) müsabiqəsinə qatılıb və ilk mərhələni uğurla keçib.

Hal-hazırda öz solo fəaliyyəti ilə məşqul olur, yeni mahnılar bəstələyir və kliplər çəkdirir.

Müğənni Dilarə Kazımova – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN