Elnur Məmmədov

Elnur Məmmədov — Azərbaycan müğənnisi.

Elnur Rafiq oğlu Məmmədov 24 oktyabr 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1988-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbin 1-ci sinifinə gedib.
1992-ci ildən 18 saylı musiqi məktəbinə məşhur xanəndə Əlibaba Məmmədovun sinifinə gedib. Həmin ildən Əfsər Cavanşirovun idarə etdiyi Bənövşə uşaq xorunda çıxış edib.
1993-cü ildən uşaq filarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinifində musiqi təhsilini davam etdirib.
1994-cü ildə Qönçə-94 müsabiqəsində xanəndə kimi birinci yerə layiq görülərək laureat adını alıb. Həmin ildə UNESCO-nun Beynəlxalq uşaq günü ilə bağlı keçirdiyi telemarafonda ifası Ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi bəyənilmiş və onun gələcək sənət fəaliyyəti ilə bağlı dəyərli fikirlərini bölüşmüşdür.
1999-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsinə daxil olub.
2003-cü ildən etibarən səs tellərində yaranmış problemlər üzündən ara verdiyi yaradıcı fəaliyyətini bərpa etmişdi. Universitetdə təhsil aldığı müddətdə ictimai fəallığını nəzərə alaraq, ali təhsil diplomuna şəxsən Təhsil Naziri Misir Mərdanov tərəfindən xüsusi təqdimat formasında layiq görülmüşdü.
2003-cü ildən Gəncə şəhərində Heydər Əliyevin doğum günündə Vaqif Gərayzadənin rəhbərliyi ilə Şeron qrupunun tərkibində ilk konsert proqramı ilə çıxış edib. Daha sonra “Yaşıl Teatr”da “Belə olarmı” adlı solo konsert layihəsi reallaşıb. Daha sonra Azərbaycanın bir sıra regionlarında konsert proqramları ilə çıxış edib. Xeyriyyə tədbirlərində aktiv iştirakına görə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. “İlin müğənnisi” və “İlin xiti” milli mükafatlarının qalibi olub. İndiyə qədər 8 albomu işiq üzü görüb, 250-dən çox mahnısını səhnə həyatına qovuşdurub.30-dan çox klipi dəfələrlə televiziya xitt paradlarının qalibi olub.
2011-ci ildə 21-ci əsrin ilk Leyli-Məcnun myuzıkalında İbn Salam rolunda oynamışdır. Azərbaycanın bir çox rayonlarında habelə ölkə xaricində Türkiyə-İstanbul, Almaniya-Köln, Sankt-Peterburq, Hollandiya-Hannover, Utrext, Texas, Vaşinqton, İsrail, Gürcüstan və bir çox ayrı ölkələrdə solo konsert proqramı ilə çıxış edib. 2011-ci ildə Türkiyədə 27 ölkə içində Azərbaycandan ilk olaraq Avrupa qazeteciler derneyi mükafatlandırmasında İlin ən yaxşı Azərbaycan sənətçisi mükafatını alıb.

Sənətçi 13 iyun 2011-ci ildən ailəlidir.

Müğənni Elnur Məmmədov – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN