Günay İbrahimli — Azərbaycanlı müğənni.

Günay Xəlil qızı İbrahimli 10 fevral 1991-ci ildə Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur.
2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.

Günay İbrahimli 2007-ci ildə ilk dəfə “Yeni ulduz” mahnı müsabiqəsinə qatılıb və lauriat adı alıb. Müsabiqə bitdikdən sonra solo karyerasına başlayıb.
2009-cu ildə tanınmış reper Elşad Xose ilə “Yadına sal” mahnısını ifa edib. Bununla da, sənətçinin ulduzu parlamağa başlayıb. Daha sonra sənətçi bu günə kimi musiqi sahəsində uğurlarına görə 30-a yaxın diplomun sahibəsidir. Günay İbrahimlinin ilk solo konserti 2013-cü ildə “Yaşıl teatr”da baş tutub. Sənətçinin “Mən də sənən inanırdım” mahnısı “V&V company” tərəindən 2011-ci ilin hiti elan edilib. İbrahimli 2011-ci ildə “Eurovision” milli seçim turlarına qatılıb və finala qədər irəliləyə bilib. Yaradıcılığının ilk illərində Aygün Kazımovanın bir çox yay konsertlərində səhnə almışdır.

Müğənni Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbyacan və xaricdə konsert proqramı ilə çıxış edib. Günay “Sirr”, “Bacanaqlar” serialında rol alıb. 2015-ci ildə isə “Sadəcə sev” adlı melodramatik filmin baş rol ifaçısı olub.

Günay İbrahimli 2010-cu ildə Lider TV, 2011-ci ildə Space TV-də (Glamour star, Plyus minus) aparıcılıq edib. Həmçinin, “Miss Azerbaijan 2010″nun aparıcısı olub.

Müğənni Günay İbrahimli – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN