Hiss (Röya Məmmədova) -Azərbaycanlı müğənni.

Hiss 13 iyul 1995-ci ildə Bakıda doğulub.

2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.

Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi “Mirvarilər” olub.

Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib.

Onun sayca beşinci treki olan “İstəmirəm” aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.

2019-cu ildə “İstəmirəm” mahnısına görə Hiss və repçi Aslıxan arasında mübahisə baş verib. Mahnının müəllifi olan Aslıxan Hissi ona düşən qonorarı layiqincə ödəməməkdə ittiham edib. Aslıxan etiraz olaraq mahnını bütün platformalardan sildirib.

Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan Bir Başka Güzel proqramında xüsusi dəvətlə çıxış edib. Hissin 2021-ci ildə ifa etdiyi “Karma” treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.

O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.

Müğənni Hiss – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN