İlhamə Qasımova — Azərbaycan pop müğənnisi.
İlhamə Qasımova 1976-cı ilin 24 mayında Lənkəran rayonunun Bala Şürük kəndində anadan olmuşdur. Orada kənd məktəbini bitirmişdir. Lənkəran Dövlət Universitetində filologiya fakültəsini bitirdikdən sonra iki il orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.
1990-cı illərin sonundan bir müddət Daxili İşlər Nazirliyinin pasport xidmətində müfəttiş işləmişdir.
2000-ci ildə keçirilmiş “Bakı Payızı” müsabiqəsinə qatılır və bu yarışda birinci mükafatı əldə edir. 5 il sonra İlhamə “Yeni Ulduz-4” (2005-2006) müsabiqəsinə qatılır. O, bu yarışmada Avroviziyanın 2009-cu il Azərbaycan təmsilçisi olacaq Aysel Teymurzadə ilə birgə yarışırdı. Müsabiqədəki qələbəsi İlhamə Qasımovanın peşəkar musiqi karyerasının başlanğıcına səbəb oldu.
İlhamə Qasımova 2011-ci ildə Avroviziyanın Azərbaycan milli seçimində uğurla çıxış etmişdir. Lakin 11 fevral finalında o, Ell & Nikki duetinə məğlub oldu. Bu hadisədən sonra İlhamə öz fəaliyyətini Almaniyada davam etdirmək qərarına gəldi. Orada “Universal Music”lə müqavilə imzaladı.
2011-ci ilin noyabrında İlhamə Qasımova DJ OGB ilə özünün ilk sinqlını – “Bei Mir Bist Du Sheen”-i yazdırır. Bu, məşhur “Yiddish song”-un (“İdiş mahnısı”) müasir versiyası idi. Mahnının klipi “iTunes”-də altıncı ən çox satılan video olmuşdur. İlhamə Qasımova 1930-1950-ci illərin məşhur mahnılarının remikslərindən ibarət albom buraxmağı nəzərdə tutmuşdur.
2012-ci ilin yanvar-fevral aylarında İlhamə Qasımova ilk böyük turunu təşkil etmiş və Almaniya ilə Avstriyanın ətrafında olan şəhərlərdə konsertlər vermişdir. Həmin şəhərlərin sırasında Vyana, Berlin, Karlsrue, Fulda, Lübek və Lüdviqşafen də var idi.
Müğənni İlhamə Qasımova – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.