Könül Kərimova — müğənni, xanəndə, bəstəkar, Azərbaycanın əməkdar artisti (2018).

Könül Qəmbər qızı Kərimova 1968-ci ildə Ağcabədidə anadan olmuşdur.

1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur.
Elə həmin ildə “Gənc istedadları axtarırıq” adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun solisti olmuşdur.

1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına “Araz” xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir.

Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Ailəlidir. Bir oğul və bir qız anasıdır.

Müğənni, Xanəndə Könül Kərimova – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN