Lalə Məmmədova — Azərbaycanlı müğənni, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar Artisti.
Lalə Məmmədova 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoyub. 8 yaşında taleyinə Bülbül adına musiqi məktəbi yazılır. Xalq artisti Şövkət Ələkbərova yumşaq səsli bu balaca qızcığazda həssas ürəyin olduğunu duyaraq onu öz sinfində görmək istəyir. Balaca Lalə muğam sinfinə daxil olur. Müəllimin xəstəliyi üzündən təhsilini Xalq artisti İslam Rzayevin sinfində davam etdirib.
Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkir.
1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb.
2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın “solo oxuma” xanəndəlik sinfinə daxil olub. Burda Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb.
2011- ci il Sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Məmmədova “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.
2012-ci il Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi “Məktəb illəri, “Səs, “Bu şəhər ikimizə dar”, “Dəli eşq”, “Qızıl lalədir adım”, “Səni sevirəm” və s. mahnıları ilə məşhurdur. Lalə Məmmədova pedaqoji fəaliyyəti ilə də tanınır. O, Azərbaycan Milli Aviasiya Akademiyasında İngilis-dili fənnindən dərs tədbiq edir.
Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Müğənni Lalə Məmmədova – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.