Manaf Novruz oğlu Ağayev — azərbaycanlı müğənni.
1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini də məhz Füzuli rayonunda alıb.Məktəb illərində müxtəlif musiqi müsabiqələrində, festivallarda, eləcə də “Füzuli Mədəniyyət Evi” ndə bir sıra uğurlu çıxışları olub. Orta məktəbi bitirdikdən sonra 1982-84-cü illərdə hərbi xidmətdə olub.
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olur.İlk albomu 1996-ci ildə işıq üzü görür.
Manaf Ağayev müxtəlif illərdə mükafatlarla da təltif olunub. Bakıda, Sumqayıtda və eləcə də bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. 2002-ci ildə Manaf Ağayevə həsr edilmiş “Vətənə getməyim gəlir” adlı kitab işıq üzü görüb. Ailəlidir, 3 övladı var.

Mügənni Manaf Ağayev hal-hazırda öz sənətkar musiqiçiləri ilə toy, nişan və sairə tədbirləri aparır.

Müğənni Manaf Ağayev – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    BiZƏ YAZIN