Murad Arif  — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist.

Murad 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov və bioloq Sənubər Şükürovanın ailəsində anadan olub. Beynəxalq İqtisadi Münasibətlər fakultəsinin məzunudur.Ali təhsil aldıqdan sonra, iqtisadiyyat sahəsini davam etdirmədi.
2002-ci ildə Radio Space 104 FM-də efir operatoru kimi çalışdı.
Bundan sonra 104 FM ilə başlayaraq Lider Jazz FM, İctimai radio, Day.Az Radiolarında DJ kimi fəaliyyət göstərib. Murad Arif həmkarı Leyla Quliyeva ilə Eurovision 2006-da mahnı müsabiqəsinin Azərbaycanda ilk şərhçisi oldu. İlk apardığı televiziya verilişi isə, 2006-cı ildə, İTV efirində yayımlanan, həmkarı Hüsniyyə Məhərrəmova ilə apardığı “Qaraj” verilişi idi.
2007-ci ildə Murad Dadaşovun “Maşın Şou” layihəsində, avtomobil qazanaraq qalib olmuşdur. Bundan başqa o Lider TV-də “Yeni Səhər”, “Solo” və ATV kanalında “Gün keçir” verilişlərinin aparıcısı olub.
2008-ci ildə, İsveçrənin Montrö şəhərində “Montreux Jazz Festival”-da silsilə proqramlar hazırlayıb.
2010-cu ildə Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin şərhçisi olub. Həmçinin “5 Звезд” Beynəlxalq musiqi müsabiqəsini şərh etmişdir.
“Böyük səhnə” müsabiqəsində münsif olaraq, Eurovision 2014 milli seçimində Dilarə Kazımovanın qələbəsində təşəbbüs göstərib.
2018-ci ildə Lider TV-dən ayrılaraq, müəllif layihəsi olan “Popumuz Var!” verilişini təqdim edir. İlk öncə YouTube üzərindən paylaşılan verilişin izləyici sayısı yüksək və yetəricə uğurlu proekt hesab olduğuna görə çıxan hər yeni bölümü YouTube ilə yanaşı İctimai TV- də eyniadlı proqramda da təqdim edir.

Murad Arif – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
Bütov tədbir  (solo) – sifarişlə
Bütov tədbir  (band) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN