Nazpəri Dostəliyeva — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti (2002), Azərbaycan Respublikasının Xalq artisti (2008).

Nazpəri Əhmədəli qızı Dostəliyeva 1960-cı il dekabrın 23-də Bakıda doğulub.
Ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var.
2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.
Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti “Nə olar, Allahım, ayırma bizi” mahnısı olub.
1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb.
Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir. Kiprdə çıxışlar edib.

1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir.
2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə layiq görülmüşdür.

Müğənni Nazpəri Dostəliyeva – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN