Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016).

Nurlan Növrəs oğlu Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir.
1993-2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb.
2006-cı ildə Bakı Musiqi Akademiyasının “solo oxuma” fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur.

Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir. O tarda ilk dəfə dünyəvi musiqilər ifa etmişdir. Nurlanın digər bir qardaşı olan Tərlan Növrəsli isə Azərbaycan Turizm Universitetinin baş müəllimi, professorudur.

Nurlan ilk olaraq Space telekanalının təqdim etdiyi “Azəri Star 2004” musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanmış və yarışmanın finalçısı olmuşdur.

Növrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən “CAHAN DALA” IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.

O, lk klipini “Sən ki” adlı mahnısına 2006-cı ildə çəkdirmişdir. Mahnının musiqisi qardaşı Şahin Növrəsliyə, sözləri Ziya Fazilə aiddir. Klipin rejissoru Samir Fərzəlibəyovdur.

Mütamadi olaraq Azərbaycan Dövlət Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil etmişdir.

2011-ci ildə Avroviziya Milli seçim turunda yarımfinala qədər irəlləmişdi.

Nurlan istedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.

19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev Tərəfindən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Müğənni Nurlan Növrəsli – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    BiZƏ YAZIN