Pərvin Lətifov — Azərbaycanlı estrada müğənnisi, bəstəkar.

Pərvin Məmməd oğlu Lətifov 2 fevral 1984-ci ildə Bərdə şəhərində anadan olub. Bərdə rayon 6 saylı tam orta məktəbi və eyni zamanda Bərdə rayon 1 saylı musiqi məktəbin bitirmişdir. Musiqi məktəbində muğam dərsləri almışdır. Ilk müəllimi Seyyid Şuşinskinin tələbəsi Maarif Məmmədov olub.

2000-ci ildə Milli Komservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecin bitirmişdir. Müəllimi Mənsub Ibrahimov olmuşdur. Eyni zamanda Elçin Cəlilovdan və Teymur Əmrahdan dərs alıb. 2010-cu ildə Milli komservatoriyanı bitirib. 2011-ci ildə ailə həyatı qurub. 3 qız övladı var.
2005-ci ildə “Azəri Star 2005” musiqi müsabiqəsində finalist olmuşdur. İlk klipi 2004-cü ildə Tofiq Əhmədvun musiqisi və Rəfik Zəkanın sözlərinə “Güldür məni” mahnısı olub. 2005-ci ildə əksər dövlət tədbirlərində iştirak edib. Nailə Mirməmmədli, Vüqar Camalzadə, Ilhamə Adilqızı, Tahir Əkbər, Xanım Ismayılqızı, Fərid Kərimli, Barat Abdullayev kimi bəstəkarın bəstələrindən yararlanmışdır. Oxuduğu klassik bəstəkarların 30 a yaxın mahnısı orta ixtisas musiqi məktəblərində audio dərslik kimi istifadə olunur.

Müğənni Pərvin Lətifov – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN