Ramil Nabran – Azərbaycanlı tanınmış reper.

Ramil Şamilli Akif oğlu 8 noyabr 1977 ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadece 2005 ci ildə Nabran repi ona uğur getirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb. Ramil atasını 1978 ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. Ömrünün 34 cü baharında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşgul olduğundan bu irsi istedad oğlu Ramilə də keçmişdir. Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub. 1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.

Repə 1993 cü ildə başlasada ilk səs yazması 2000 ci ildə baş vermişdir. 2005 ci ildə Nabran adlı repi ona ilk uğurunu gətirmiş ve həmin ildə də Klan A Plan adlı alternativ rep qrupuna daxil olmuşdur. İlk işləri MİR telekanalında, Savaş studiyasında çalışmışdır. Sonradan Klan A Plan qrupunun səs yazma studiyasında.

2010 cu ildə qrupun mərhun üzvü Ryder təxəllüsü altında çalışan Rüfət Əfəndiyev Məcid oğlunun 26 yaşında vaxtsız ölümündən sonra Ramil özünə qapanır və 2012 ci ildən artıq tək, solo fəaliyyətə başlayır. Bu günə kimi bir çox hitlərin ərsə gəlməsində əli var. Replərindəki ruh yüksəkliyi kütlə arasında “özüylə yay gətirən insan” obrazını yaradıb. TURAN sevgisinə və SOYDAŞ anlamına böyük sevgi ilə yanaşır. İkinci bacarığı həvəskar rəssam dizaynerdi.

Müğənni Ramil Nabran – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN