Səmra Rəhimli — Azərbaycanlı müğənni.

Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır.

Səmra Rəhimli 2012-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. Amma 18 yaşlı Səmra xanımın gənc və təcrübəsiz olması, onun Milli Seçimlərin elə ilk mərhələsində məğlub olması ilə nəticələnmişdir.

Səmra Rəhimli 2014-cü ildə Türkiyənin “TV 8 Televiziyası”nda yayımlanan “O Səs Türkiyə” layihəsində iştirak etmişdir. O ilk mərhələdə “Kör Seçmeler” mərhələsində “Simply The Best” mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə – “Düellolar” mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə “I Who Have Nothing” mahnısını ifa etmişdir. Hadisə isə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır. Növbəti mərhələdə – “Bire Bir” mərhələsində Səmra Rəhimli Zeynep Topkaya ilə birgə “Sweet Dreams” mahnısı ifa etmişdir. Hadisə isə Səmra ilə Zeynep arasında seçim etmiş və bu dəfə Zeynep Topkayanı komandasında saxlamışdır. Amma buna baxmayaraq Səmra xanım layihədə yoluna davam etmişdir. Səmra xanımı Gökhan Özoğuz öz komandasına transfer etmişdir. Növbəti mərhələdə – “Çapraz Eşlemeler” mərhələsində Səmra Rəhimli Hadisənin komandasından Zeo Jaweed ilə yarışmışdır. “Eweryway That I Can” mahnısını ifa edən Səmra xanım səs vermənin yekununda Zeo Jaweeda məğlub olmuşdur və layihəni tərk etmişdir.

Səmra Rəhimli 2015-ci ildə Azərbaycanın “AzTV Televiziyası”nda yayımlanan “Səs Azərbaycan” layihəsində iştirak etmişdir. O ilk mərhələdə “Whecking Ball” mahnısını ifa etmişdir və bütün 4 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Manana Caparidzenin komandasında yarışmağı seçmişdir.

Daha sonra növbəti mərhələdə Səmra Rəhimli Səid İsmayılzadə ilə birgə “Sən necə də gözəlsən” mahnısını ifa etmişdir. Manana Caparidze isə Səmra ilə Səid arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.

Növbəti mərhələdə Səmra Rəhimli canlı efirdə “Show must go on” mahnısını ifa etmişdir və növbəti mərhələyə keçmişdir. Daha sonra “1/8 final mərhələsi”ndə Səmra xanım “Perfect” mahnısını ifa etmişdir və layihədə yoluna davam etmişdir. İnamla layihədə yoluna davam edən Səmra xanım “1/4 final mərhələsi”ndə Günel Əlizadə və İbrahim İbrahimlinin bəstəsi olan “Sev” mahnısını ifa etmiş və “yarım-final mərhələsi”nə keçmişdir.

“Yarım-final mərhələsi”ndə Səmra Rəhimli Manana Caparidzenin komandasından olan digər iştirakçı Elvin Novruzov ilə yarışmışdır. Səmra xanım “When Life Takes Over” mahnısını ifa etmişdir. SMS səsverməsində isə Səmra xanım Elvin Novruzovu 74.5-25.5 faiz dərəcəsilə məğlub etmiş və “Səs Azərbaycan” layihəsində finala keçmişdir.

2016-cı ilim 5 mart tarixində keçirilən finalda Səmra Rəhimli ona “1/4 final mərhələsi”ndə uğur qazandıran “Sev” və “Sweet Dreams” mahnısını yenidən ifa etmişdir.[3] “Səs Azərbaycan” layihəsinin qaydalarına əsasən SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihə ilə vidalaşacaqdı. Layihə ilə ilk vidalaşan isə Səmra Rəhimli olmuşdur və o “Səs Azərbaycan” layihəsində 4-cü yeri tutmuşdur. Sonda Səmra Rəhimli “Say Something” mahnısını ifa etmişdir. Layihənin qalibi isə Emiliya Yaqubova olmuşdur.

2016-cı ilin 10 mart tarixində İctimai Televiziyanın Avroviziya Mahnı Müsabiqəsi üzrə münsiflər heyətinin iclasında Səmra Rəhimlinin “Miracle” mahnısı ilə Azərbaycanı 61-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınmışdır. Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Səmra 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 185 xalla 6-cı yerdə qərarlaşaraq, finala vəsiqə qazana bilmişdir. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Səmra 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 117 xal toplayaraq, 17-ci yerdə qərarlaşmışdır

Müğənni Səmra Rəhimli – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    BiZƏ YAZIN