Şölə Səfərəliyeva — müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti.

Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub.

2 oktyabr 1995-ci ildə əfsanəvi “Qaya” kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, “Bəri Bax” uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib.

2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub.
2003-cü ildə Sing Your Song musiqi müsabiqəsinin finalçısı olub.
2005-ci ildə Azəri Star 2005 müsabiqələrində solo ifaçı kimi finala çıxıb diplomla laiq görülüb.
2007-ci ildən etibarən Bəri bax ansamblı rəsmi olaraq Qaya dövlət ansamblı adını alır və uşaqlardan ibarət Bəri Bax qrupundan bu günədək kollektivdə fəaliyyətini davam etdirən yeganə solisti kimi qrupda ifası davam edir.
2007-2008-ci tədris illərində həmçinin 21 saylı musiqi məktəbində xor dərslərinin aparıcısı olmub.
2010-cu il üçün keçirilən Avroviziya müsabiqəsinin milli seçmə turlarında iştirak edib.
2011-ci ildə musiqi ilə yanaşı digər səhnə imkanlarını artırmaq məqsədilə müsabiqə yolu ilə AnsÇm radiosunda aparıcı dj kimi praktika keçmiş.
2012-2014-cü illər ərzində qrupdakı ifa ilə yanaşı KATV1 kabel televiziyasında fəaliyyət göstərən Chatbox kanalında musiqili ,həmçinin Psixoloq adlı psixoloji verilişin aparıcısı olmub. İfaçılıqla yanaşı həmçinin şeir yazmaqla da maraqlanır. Bəri bax, Qaya ansamblında ifa olunan,bundan əlavə qrupun bədii rəhbəri Rauf Babayevin bəstələdiyi musiqilərin, solo ifasında səslənən bir çox mahnıların söz müəllifidir.
2015-ci ildə Qazaxstanın Atırau şəhərində diasporamızın təşkilatçılığı ilə keçirilən 10 may ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş dövlət tədbirində solo konsertilə çıxış edib. Bu gün 1992-ci ildən bəri davam edən musiqi fəaliyyəti,Bəri Bax, Qaya dövlət ansamblındakı uğurları ilə yanaşı solo yaradıcılığında da nəaliyyətləri az deyil (ölkə daxilində dövlət tədbirlərində, görkəmli şəxsiyyətlərin yubiley konsertlərində, televiziyalarda solo ifalar və s.).
27 may 2018 ci ildə Əməkdar artist adına layiq görülüb.
2018 iyul ayında Gənclər və idman nazirliyinin təşkil etdiyi MDB ölkələrinin gəncləri üçün keçirilən ilk yay düşərgəsində estrada vokal dərsində master klass keçib.

2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.

Müğənni Şölə Səfərəliyeva – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN