Xatun Əliyeva – Azərbaycanlı müğənni.

Nərgiz Aydın qızı Əliyeva 1977-ci il oktyabrın 28-də Bakı şəhərində anadan olub.

2002-ci ildə Tibb Kollecini bitirib. Buna baxmayaraq, o, tibb bacısı yox, müğənni olmaq istəyib. Vaxt keçdikcə, Xatun təxəllüsünü seçmiş Əliyeva bu sənəti dərindən öyrənməyə başlayıb. İlk olaraq, Konservatoriyada Ofeliya xanımdan vokal dərsləri alır, musiqi sahəsində bilgilərini artırır, tanınmış müğənnilərlə el şənliklərinə gedir.

Peşəkar səhnəyə gəlməsində isə prodüser Rəhman Əliyevin rolu olur. Onunla iş birliyi qurur. 12 mahnıdan ibarət albom yazdıraraq, səhnəyə qədəmlərini qoyur. İlk vaxtlarda iki klip çəkdirsə də, ilk klipinə qadağa qoyulur. Əlavə edək ki, müğənninin ilk klipini rejissor Aqil M. Quliyev çəkib. İkinci klipi isə Rəhman Əliyev tərəfindən çəkilir. “Qayıt gülüm”adlı mahnıya çəkilən klip 2007-ci ildə efirlərdə nümayiş olunmağa başlayır. Müğənninin mahnıları artıq radio dalğalarında səslənir, ard-arda yeni mahnılar üzərində işləyir. Xatunun “Səndən ötrü”klipi hit olur. Klip 2007-ci ildə tamaşaçılara təqdim olunur. Zaman keçdikcə, müğənni maqazin verilişlərində, efirlərdə tez-tez görünür. “Qara nöqtə”adlı klipi işıq üzü görür.

2008-ci ildə “Limitin bitdi” albomunu çıxarır. Albomda 15 mahnı yer alır. Bir-birinin ardınca, “Tənhayam”, “Çıxma qarşıma”, “Xanım Xatun” , “Sən gəlmədin” , “Aramadın” mahnıları məşhurluq qazanır. “Qaynana” mahnısı isə müğənnini daha da populyar edir. ATV kanalında Xatunun təqdimatında “Zarafat-Zarafat” adlı axşam şousu yayımlanır. Müğənni Azərbaycan daxilində birçox konsertlər vermiş həmçinin ölkə daxili ilə yanaşı bir çox digər ölkələrdə konsertlər vermişdir.

2017-ci ildə müğənninin səhnəyə gəlişinin 10 illiyi tamam olacaq. Müğənniliklə yanaşı, aktrisalığı da bacaran Xatun bir neçə serialda rol alıb.

Müğənni Xatun Əliyeva – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN