Zamiq Hüseynov — Azərbaycanın estrada müğənnisi.

Zamiq Əsgər oğlu Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakülətsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir.

2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan “Sən necə də gözələsən” mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatr “Sən necə də gözəlsən” adlı ilk konserti baş tutmuşdur. 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər. 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxmışdır. 2014-cü ildə Bu şəhəri çox sevirəm adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda Bu şəhəri çox sevirəm adlı solo konserti baş tutmuşdur. 2015-ci ildə Karaoke albomu işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert vermişdir. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında “Kaman” adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırmışdır. 2019-cu ildə Heydər Əliyev Sarayında “Bu gün bizim günümüz” adlı solo konsert vermişdir.Eyni ildə Naxçıvanda Saat meydanın da solo konsert proqramı ilə çıxış etmişdir. Zamiq Hüseynov uzun illərdir ki, Heydər Əliyev Fondu tərəfindən yeni il ərəfəsində Buta Palace-da təşkil olunan kimsəsiz uşaqlar üçün konsertdə daimi iştirak edir. O, həmçinin xarici ölkələrdə təşkil olunan dövlət tədbirlərində müntəzəm şəkildə dəvət olunur.

Müğənni Zamiq Hüseynov – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN