2-ci Muğam Televiziya Müsabiqəsi

II Televiziya Muğam Müsabiqəsi – AZ TV kanalında Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ildə keçirilən ikinci muğam televiziya müsabiqəsi.

160 nəfər arasından seçilmiş 20 nəfərin 3 aydan çox davam edən muğam yarışmasında 6 nəfər finala çıxmışdır. Bu, təkcə musiqi yarışması deyildir. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifalar gətirmişdir. Belə bir nəcib layihənin reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımız qarşısındakı xidmətlərini xüsusi qeyd edilir.

“Muğam Müsabiqəsi-2007”-nin iştirakçılarından 14 nəfərinə diplomlar və 1000 manat pul mükafatı verildi.

Sonra münsiflər heyətinin qərarı ilə müsabiqədə birinci yerə çıxmış Elməddin İbrahimova və Güllü Muradovaya qızıl mükafat, üzərində Mehriban xanım Əliyevanın və münsiflər heyətinin imzası olan qaval, 10 min manat pul, Heydər Əliyev Fondunun buraxdığı “Qarabağ xanəndələri” musiqi albomu və diplom təqdim olundu. Müsabiqədə ən çox xal topladığına görə Elməddin İbrahimova Qarabağ xalçası hədiyyə edildi.

İkinci yerə layiq görülmüş Ehtiram Hüseynov və Abgül Mirzəliyevə də bürünc mükafat, üzərində Mehriban xanım Əliyevanın və münsiflər heyətinin imzası olan qaval, “Qarabağ xanəndələri” musiqi albomu, 7 min manat pul mükafatı və diplom verildi.

Üçüncü yerə çıxan Rəvanə Ərəbova və Nasir Ətapur gümüş mükafat, qaval, musiqi albomu, 4 min manat pul və diplom ilə mükafatlandırıldılar.

Fevralın 1-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və üç aydan çox davam etmiş “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala-konserti olmuşdur.

Münsiflər heyəti

  • Nadir Axundov – muğam televiziya müsabiqəsinin layihə icraçısı
  • Əlibaba Məmmədov – Xalq artisti
  • Arif Babayev – Xalq artisti
  • Ağaxan Abdullayev – Xalq artisti
  • Mənsum İbrahimov – Xalq artisti
  • Səkinə İsmayılova – Xalq artisti
  • Ramiz Zöhrabov – əməkdar incəsənət xadimi, professor
  • Alim Qasımov – Xalq artisti

İfaçıları müşayiət və çıxışların hazırlanması

  • Sahib Paşazadə – tarzən
  • Toğrul Əsədullayev – kamança çalan
  • Ramin Abdullayev – nağaraçı

İştirakçılar (Finalçılar)

  1. Elməddin İbrahimov (1-ci yer) – 10000 azn.
  2. Güllü Muradova (1-ci yer) – 10000 azn.
  3. Ehtiram Hüseynov (2-ci yer) –  7000 azn.
  4. Abgül Mirzəliyev (2-ci yer) –  7000 azn.
  5. Rəvanə Ərəbova (3-cü yer) – 4000 azn.
  6. Nasir Ətapur (3-cü yer) – 4000 azn.
  7. Könül Tağıyeva – 1000 azn.
  8. Arzu Əliyeva – 1000 azn.
Estradamızın artistləri