Böyük səhnə – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb.

Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan – Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.

Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir.

“Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır – individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya.

Seçim turları

Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq “Böyük səhnə” şousunda iştirak üçün kastinqlar keçirilmişdi. Kastinqlər Azərbaycanın dörd şəhərində – Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib.

İlkin kastinqlar əsasında 50 ən istedadlı ifaçılar seçilmişdi və onlar superkastinqda iştirak etməyə şans qazanmışdılar.

Aparıcılar

Şəhriyar Əbilov, Günay Bəxşəliyeva, Rufət Ağayev

Münsiflər heyəti

  1. Eldar Qasımov (müğənni) – kastinq, super kastinq
  2. Zəhra Bədəlbəyli (Avroviziya Azərbaycanın musiqi koordinatoru) – kastinq, yarımfinal, final, superfinal
  3. Emin Kərimi (bəstəkar, prodüsser) – super kastinq
  4. Emin Əfəndi (prodüsser) – kastinq, yarımfinal, superfinal
  5. Gülcöhrə Şəfiyeva (Heydər Əliyev adına Sarayın baş rejissoru) – super kastinq, superfinal
  6. Sevda Ələkbərzadə (müğənni) – super kastinq
  7. Hüsniyyə Məhərrəmova (aparıcı) – super kastinq
  8. Ranar Musayev (aparıcı, rejissor) – kastinq, super kastinq
  9. İdris Cəfərov (aparıcı, prodüsser) – super kastinq
  10. Eldar Mansurov (bəstəkar, Xalq artisti) – final
  11. Təranə Muradova (Dövlət rəqs ansabılnın solisti, Xalq artisti) – final
  12. Murad Dadaşev (aparıcı, şoumen) – final
  13. Gary Miller (xarıcı prodüsser) – final
  14. Tom Rothrock (ABŞ xarıcı prodüsser) – final
  15. Stefan Örn (İsveç bəstəkar) – final
  16. Jack Spade (ABŞ, prodüsser) – yarımfinal
  17. Natəvan Şeyxova (Xalq artisti, Bakı Dövlət konservatoriyasının müəllimi) – yarımfinal
  18. DJ Mansur – yarımfinal
  19. Rəşad Həşimov (musiqiçi) – superfinal
  20. Tunzalə Ağayeva (müğənni, Xalq artisti) – superfinal
  21. Nərgiz Cəlilova (tv aparıcı) – superfinal
  22. Tural Əsədov (aparıcı, prodüsser) – superfinal

Super Finalçilar (Finalçilar)

  1. Aysel Nərimamova (1-ci yer)
  2. Nigər Hüseynova (2-ci yer)
  3. Vlada Axundova (3-cü yer)

Yarımfinalçılar

  1. Aysel Nərimamova
  2. Nigər Hüseynova
  3. Vlada Axundova
  4. Səidə Əliyeva
  5. Cəbrayıl Rəsulov
  6. Tomris Naibli
  7. Hüseyn Abdullayev

Super kastinq nəticəsi

  1. Cəbrayıl Rəsulov
  2. Vlada Axundova
  3. Hüseyn Abdullayev
  4. Elvin Babaşov
  5. Rilaya Hüseynzadə
  6. Nigər Hüseynova
  7. Səidə Əliyeva
  8. Günay Mir-babayeva
  9. Tomris Naibli
  10. Kənan Qədimov
  11. Aysel Babayeva
  12. Aysel Nərimamova
Estradamızın artistləri