Natavan Həbibi — Azərbaycanlı müğənni, aparıcı, aktrisa.

Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinifinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-ci ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-ci ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə “W-Trio” qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. Ali təhsillidir.

İlk solo mahnısı “Mən Səni İtirsəm” olub. İlk klipi də məhz bu mahnıya çəkilib. “Ulduzlar yandı” mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub. Sevimli müğənnimiz öz mahnıları ilə geniş auditoriya toplaya bilmişdir. Öz dəsti-xətti ilə seçilən Natavan Həbibi daha sonra “Sadəcə bulud”, Moskvada isə “Ehtiyacım var”, “Etirazım var” mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.

Ərəb dilində “Habibi” və “Ehsas jadid” mahnılarını ifa edib. “Habibi” mahnısı dünya şöhrətli, tanınmış prodüser Maksim Fadeyev ilə iş birliyi zamanı ərsəyə gəlmişdir.

2008-ci ildə İzzət Bağırov ilə birlikdə “Ayrılıq imiş” filmində çəkilib. Filmdə baş rol alaraq Nərmin adlı gənc bir qızın obrazını canlandırıb.

2011-ci ilin iyun ayında Türkdilli xalqların qatıldığı festivalda — “Turkvision” müsabiqəsində Azərbaycanı təmsil edib.24 may 2014-cü ildə H.Əliyev Sarayının səhnəsində “DİNLƏ” adlı solo konsert proqramı ilə, sentyabrında isə “Crystal Hall” da konserti baş tutdu.

2015-ci ildə çəkilən “Zaman adlı qatar” filminin soundtrekini ifa edən müğənni, “Başıma bəla”, “Sən”, “İstərəm” adlı hitlərini, eləcə də musiqisini özü bəstələdiyi “Anlayamadım” mahnısını sevənlərinə təqdim edib. O, aprel ayında Şəki şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı — Şəki 2016” ilinin açılış mərasimində səhnə almaqla, beynəlxalq festivalı daha yaddaqalan etdi. 2017-ci ildə yeni “Hozu” adlı romantik komediya filmində baş rola dəvət alıb.

2017 ci ildə Reper “DaDo” ilə ailə həyatı qurub.

Müğənni Natavan Həbibi – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN