W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu.

W-Trio vokal qrupu bəstəkar Vaqif Gərayzadə tərəfindən 1999-ci ildə yaradılmışdı.
Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır.

“W-Trio” nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək “Kimdir nömrə 1” mahnısını ifa ediblər.

Qrupun iştirakçıları:

Röya Ayxan (1999–2002) (vokal)
Elnarə Xəlilova (1999–2003) (vokal)
Natavan Həbibi (1999–2006) (vokal)
Səidə Sultan (2002–2006) (vokal)
Xuraman Şuşalı (2003–2006) (vokal)

Mahnıları:

Ay ləli yar
Kimdir nömrə 1 (duet Cin (Ceyhun Zeynalov))
Gəl məni aldatma yar
Eşq
Eşq (duet Aygün Kazımova)
Bu gecə (duet Şeron qrupu)
Bu nə gündür ay aman

Estradamızın artistləri