Samir Piriyev – Azərbaycanlı müğənni.

Samir Piriyev 1981-ci ildə Tərtər şəhərində anadan olub. Nizami rayonu 272 saylı orta məktəbdə 1-ci sinifdən 5-ci sinfə qədər oxuyub. 5-ci sinifdən təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində respublikanın xalq artisti, şöhrət ordenli muğam ifaçısı Əlibaba Məmmədovun sinfində davam etdirib.

1993-cü ildə Azərbaycan televiziyasında keçirilən 7/17 musiqi telemüsabiqəsində laureat olub.

1994-cü ildə müğənni Lalə Məmmədova ilə Bəstəkar Vaqif Gərayzadənin “Axtara Axtara” adlı mahnısını duet oxuyub və ilk klipini çəkdirib. Bu duet ilə Rusiyanın Orenburq şəhərində MDB ölkələri arasında keçirilən uşaq musiqi festivalının laureatı olub.

1997-ci ildə Azərbaycan televiziyasında keçirilən “Qızıl açar” musiqi telemüsabiqəsində laureat olub.

1995-ci ildən 1999-cu ilə qədər yeniyetmələr arasında cüdo idman növü ilə professional məşğul olub.

1997-ci ildən 1999-cu ilə qədər bəstəkar, professor, musiqiçi, Rafiq Babayev adına orkestrın rəhbəri Səyavuş Kərimi ilə çalışıb.

1999-cu ilin aprel ayında hərbi xidmətə gedib. 2000-ci ilin noyabr ayında tərxis olunub.

2001-ci ildə bəstəkar Nadir Əzimovun “Səni aradım” adlı mahnısına klip çəkdirib.

2004-cü ildən 2006-cı ilə qədər bəstəkar Vaqif Gərayzadənin “Aypara” qrupunda fəaliyyət göstərib.

2006-cı ildə “Aypara” qrupundan ayrılıb, solo karyerasına musiqisi bəstəkar İmruzə Hüseynova, sözləri isə Asifə aid olan “Yuxu” mahnısı ilə başlayır. Bu mahnı ilə çox sevilir və tanınmağa başlayır. “Yuxu” mahnısı Samir Piriyevin vizit kartına çevrilir.

2006-cı ildən prodüser, xalq artisti Murad Dadaşovun yaratdığı “M-Group”la 2008-ci ilə qədər solo karyerasında fəaliyyətinə davam edib.

2007-ci ildə Moskvada ERA group tərəfindən Xalq şairi Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş mahnılardan ibarət “Sevgilim” adlı ilk albomunu buraxır.

2008-ci ildən 2009-cu ilədək Atv kanalında yayımlanan “Xeyir ola” verilişində Xalq artisti, pop ulduzu Aygün Kazımova ilə birgə verilişin musiqili bölümünü aparıb.

2009-cu ildə Türkiyənin dövlət kanalı olan TRT-nin təşkil etdiyi “Sən türkülərini söylə” festivalında 175 ifaçı arasında finala qədər gəlmişdir.

2010-cu ildə Türkiyənin məşhur Esen Müzik şirkətinin təklifi ilə “Affet kururum” adlı ikinci albomunu buraxır. Bu albomda türkiyənin dev sənətçiləri, ən güclü səsləri olan Zerrin Özər və Nuray Hafiftaşla dueti yer alır. O cümlədən türkiyənin məşhur bəstəkar müğənniləri Fatih Kisaparmak, Erhan Güleryüz və İzzet Altınmeşenin bəstələrini rəsmi icazələri ilə alboma daxil edib. 2010-cu ildə “Affet kururum” adlı albomunda yer alan “Uyan bebeyim” adlı mahnıya, Türkiyənin məşhur klipmeykeri Kemal Başbuğ tərəfindən kinolentə klip çəkilir. Bu klip türkiyənin ən reytinqli kanallarında uzun müddət yayımlanır. Türkiyədə ilk dəfə klip çəkdirib, türk kanallarında klipi yayımlanan ilk azərbaycanlı kişi sənətçisi olur. Həmin il türkiyənin məşhur klip kanalı olan KRAL TV-nin təşkil etdiyi “KRAL ÖDÜLLƏRİ” nə dəvət olunub. 2010-cu ildən 2011-ci ilə qədər TRT kanalı ilə əməkdaşlıq edib.

2013-cü ildə özünü aparıcı şoumen kimi də sınayır. Atv kanalında şəxsi layihəsi olan “Necə varsa” adlı talkshow təqdim edir.

2013-cü ildən 2019-cu ilə qədər bir çox xitlər ifa edir, kliplər çəkdirir. 2019-cu ildən indiyənədək MƏRKƏZPRO productionun təsisçisi Nicat Məlikov ilə çalışır. Musiqiləri Nicat Məlikova aid biri birindən sevilən xitlər ifa edir. Görünüşündə və musiqi tərzində dəyişiklik edir. MƏRKƏZPRO ilə ilk olaraq “Po lyubvi” adlı mahnıya klip çəkdirir. Mövzusu ilə seçilən maraqlı klipə xalq artisti, rus dram teatrının aktrisası, Xalq rəssamı Ağəli İbrahimovun qızı Naina İbrahimova ilə çəkilir. Klipdə bir çox ölkələrdən aktyorlar iştirak edib. Klipin rejissoru Nicat Məlikovdur.

Müğənni Rüfət Axundov – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN