Xuraman Şuşalı – Azərbaycanlı müğənni.
Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərində anadan olub.
İlk təhsilini 1988–92-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məkəbinə (Solo ifaçılıq sinfinə) daxil olub.
1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Təhsilini
1993–1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirib. Gimnaziyada təhsil aldığı illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Bənövşə” uşaq xorunun və rəqs ansamblının solisti olub.
1997-ci ildə AzTV-də ümummillli lider Heydər Əliyevə həsr olunmuş musiqi musabiqəsində “Heydər Babamız” mahnısı ilə 1-ci yerə layiq görülüb.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının üzvüdür.
2000–2004-cü illərdə Azərbaycan Milli Konservatoriyasının Musiqişünaslıq fakültəsinin Xanəndəlik ixtisasını bitirib. Təhsil illərində Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, İslam Rzayev, Teymur Əmrah və bir çox tanınmış sənətkarlardan dərs alıb.
2002–2004-cü illərdə bəstəkar Vaqif Gərayzadənin yaratdığı “W-Trio” qrupunda fəaliyyət göstərib. 2004-cü ildən solo fəaliyyətə başlayıb.
2004–2008-ci illərdə Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbində xanəndəlik ixtisası üzrə müəllim işləyib.
2005-ci ildə “Səbuhi” studiyasında “Ola bilməz” adlı albomu işıq üzü görüb. Albomda 11 mahnı yer alıb. “Farsi”, “İnnabı”, “Ola bilməz”, “Daha yoxsan” (bəstəkar Gövhər Həsənzadə) “Yenə mən” mahnıları ilə böyük tamaşaçı auditoriyası toplaya bilib.
2006–2013-cü illərdə “İnnabı” (xalq mahnısı), “Sənsiz nəyimə gərək” (söz: Baba Vəziroğlu, mus: Kamal) “Bezmişəm”, “Мне пора” , “Farsi”, Yenə mən” adlı mahnılarına çəkilən kliplərini təqdim edib.
2012-ci ildə “Narkomaniyaya yox deyək” aksiyasına dəstək olaraq solo konserti baş tutub.
2012-ci ildə Yeni Azərbaycan Partiyasının dəstəyi ilə “Azərbaycan” adlı mahnısına klip çəkilib və təqdimatı keçirilmişdir. Həmçinin bir çox islah-əmək müəssisələrində və uşaq evlərində təşkil olunan konsertlərdə çıxış etmişdir. 2009-cu ildə “X-Stra prodakşn” MMC-ni təsis etmişdir.
2013-cü ildən “Xuraman Şuşalı” xına evinin təsisçisidir.
2020–2022-ci illərdə “Qayıdıram Şuşa”, “Azərbaycan”, “Vaxt gələr”, “Adam olmaz” adlı mahnılarına çəkilən kliplərini təqdim edib. Həmin illərdə mətbuat şurasının təşkilatçılığı ilə Tərtər, Yevlax, Ağdam, Füzuli və digər döyüş bölgələrində yerləşən hərbi hissələrdə konsert proqramları ilə çıxış edib.
Müğənni Xuraman Şuşalı – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.